Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:50

Rusiya prezidenti Almaniya kansleri ilə görüşəcək


Rusiya prezidenti Dmitriy Medvedvin martın 31-i Almaniya kansleri Angela Merkellə görüşəcəyi gözlənilir. Görüşdə qlobal maliyyə böhranı və Avropa enerji təhlükəsizliyi məsələsi müzakirə ediləcək.

Bu ilin yanvar ayında Rusiya qazının Ukrayna vasitəsi ilə Avropaya ötürülməsi məsələsinə görə Rusiya və Ukrayna arasında mübahisə yaranmışdı. Mühabisə nəticəsində Avropaya ötürülən qazda iki həftə fasilə oldu. Nəticədə Avropa ölkələrinin Rusiya qazına olan inamı azalmışdı.

Martın 23-ü Brüsseldə Ukrayna və Avropa Birliyi liderləri bir araya gələrək Ukraynanın qaz sistemini müzakirə ediblər və Avropa Birliyi Ukrayna qaz sistemini yenidən qurmağa kömək edəcəyinə söz verib.
Buna münasibət bildirən Rusiyanın baş naziri Vladimir Putin isə demişdi ki, Ukraynanın Avropa Birliyinə təqdim etdiyi yanar qaz planınını «zəif hesab edir və bu plan qeyri-peşəkardır»

Soçidə jurnalistlərə müsahibə verən Putin bildirmişdi ki, Moskva Avropalı şərikləri ilə olan münasibətlərə yenidən baxmalıdır.
XS
SM
MD
LG