Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:40

Xodorkovski bir daha məhkəmə qarşısında


Mixail Xodorkovski Moskva məhkəməsinə gətirilir. 6 mart 2009

Mixail Xodorkovski Moskva məhkəməsinə gətirilir. 6 mart 2009

Rusiyalı iş adamı və Kremlin tənqidçisi Mixail Xodorkovski martın 31-i bir daha məhkəmə qarşısına çıxarılacaq.

O və onun iş ortağı Platon Lebedev mütəşəkkil cinayətkar qrupa rəhbərlik etməkdə və 25 milyard dollar məbləğində pulun mənimənilməsində günahkar bilinirlər. Əgər bu ittihamlar sübut olunarsa Xodorkovski və Lebedevə 22 ilə qədər həbs cəzası kəsilə bilər.

Onların vəkilləri isə bu ittihamları cəfəngiyat adlandırıblar və iş adamlarına qarşı sürülən bu ittihamların siyasi motivli olduğunu deyirlər.

Rusiyanın ən zəngin adamlarından biri olan Xodorkovski 2005-ci ildə həbs olunaraq Çita şəhərindəki həbsxanaya salınıb. «YUKOS» neft şirkətinin keçmiş rəhbəri böyük məbləğdə vergidən yayınmada ittiham olunur və 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xodorkovski özü isə bu ittihamları rədd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG