Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:52

Xodorkovski bir daha məhkəmə qarşısında


Rusiyalı iş adamı və Kremlin tənqidçisi Mixail Xodorkovski martın 31-i bir daha məhkəmə qarşısına çıxarılacaq.

O və onun iş ortağı Platon Lebedev mütəşəkkil cinayətkar qrupa rəhbərlik etməkdə və 25 milyard dollar məbləğində pulun mənimənilməsində günahkar bilinirlər. Əgər bu ittihamlar sübut olunarsa Xodorkovski və Lebedevə 22 ilə qədər həbs cəzası kəsilə bilər.

Onların vəkilləri isə bu itthamları cəfəngiyyat adlandırıblar və iş adamlarına qarşı sürülən bu ittihamların siyasi motivli olduğunu deyirlər.

Rusiyanın ən zəngin adamlarından biri olan Xodorkovski 2005-ci ildə həbs olunaraq Çita şəhərindəki həbsxanaya salınıb. «YUKOS» neft şirkətinin keçmiş rəhbəri böyük məbləğdə vergidən yayınmada ittiham olunur və 8 il müddətinə azadlıqdan məhrum edilib. Xodorkovski özü isə bu ittihamları rədd edib.
XS
SM
MD
LG