Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:36

Haaqa konfransı Əfqanıstanda təhlkükəsizliyin bərpasını istəyir


Martın 31-i Niderlandda Əfqanıstanda təhlükəsizlik və sabitliyi bərpa etməklə bağlı bir günlük konfrans öz işinə başlayıb. Tədbirdə 80-dən çox ölkə və təşkilatların nümayəndələrinin iştirakı gözlənilir.

Haaqa şəhərində keçirilən konfransın məqsədi Pakistan da daxil olmaqla regiondakı təhlükəsizliyin bərpasına yenidən beynəlxalq aləmin diqqətini çəkməkdir.

Konfrans həm də İran və ABŞ rəsmilərinin bir araya gəlməsi ilə diqqət mərkəzindədir. Bu görüşdən əvvəl ABŞ dövlət katibi Hillari Klinton demişdi ki, İranın bu görüşə Əfqanıstanda sabitlik yaratma, eləcə də sərhəd təhlükəsizliyi və narkotik ticarəti ilə mübarizə ilə bağlı konstruktiv fikirlərlə qatılacağına ümid edir.

Lakin xanım Klinton İran nümayəndəsi ilə görüşəcəyi barədə heç nə deməyib.
XS
SM
MD
LG