Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:38

Tələbələr ideyalarını həyata keçirmək üçün borca düşüblər


Azərbaycan Gənclər Fondu ölkənin 11 rayonunda fəaliyyət göstərir

Azərbaycan Gənclər Fondu ölkənin 11 rayonunda fəaliyyət göstərir

Bakı Dövlət Universitetinin bir qrup tələbəsi öz ideyalarını həyata keçirmək üçün borca düşüblər. Tələbələrdən biri Vüsalə deyir ki, pulsuzluq ucbatından tələbələr üçün «Turkuaz» adlı qəzetlərini cəmi ikicə dəfə çap edə biliblər:

«Əvvəl hərə bir az atışdı: 3 manat, 5 manat. Müəyyən məbləğ topladıq. Amma o da çox az idi. Türkiyəli qrup yoldaşlarımız başladılar səfirliklərinin, türk iş adamlarının qapısını döyməyə, onlardan kömək istədik. Birtəhər qəzetin birinci sayını çıxartdıq. İlk sayı çapdan çıxandan sonra mətbəəyə 200 manat borcumuz oldu. Çox çətinliklə borcumuzu qaytara bildik. Hətta borcumuzun 70 manatını bizə güzəşt də etdilər».

Azərbaycan Gənclər Fondundan Qurban Kərimbəyli deyir ki, onun rəhbərlik etdiyi fond gənclərin bu cür ideyalarını həyata keçirməyə yardım edir:

«Fondun əsas məqsədi Azərbaycanın regionlarında yaşayan gənclərin sosial aktivliyini artırmaq, onları gələcəyin lideri kimi yetişdirməkdir. Biz hazırda regionlarda qrant müsabiqələri elan etmişik. Əgər ikidən çox gəncin ideyası varsa, onu 500-600 manat civarında pulla həyata keçirə bilirsə, o öz layihəsini yazıb bizim fonda təqdim edə bilər».

Gənclər Fondunun həyata keçirdiyi layihələrdən biri də Göyçaydakı «Qızlar kafesi» idi. Qurban Kərimbəyli deyir ki, onların maliyyə dəstəyi göstərdiyi bu layihənin məqsədi tabuları aradan qaldırmaq idi:

«Kafeyə yalnız qızlar gəlirdi. Çünki Azərbaycanda bəzi stereotiplər var, məsələn, qızların regionlarda çayxanaya, kafeyə, internet-kluba getməsində problemlər var. Biz bu kafeni açmaqla bir nümunə göstərmək istədik ki, qızlar da bu cəmiyyətin ayrılmaz bir hissəsidir».

Amma çayxana bir ildən artıq fəaliyyət göstərdi. Ənənəvi düşüncə Göyçaydakı yeniliyə qalib gəlsə də, «Qızlar kafesi» ideyası başqa yerə köçürüldü.

Qurban Kərimbəyli: «Müəyyən obyektiv və subyektiv səbəblərə görə çayxana indi işləmir. Ancaq həmin ideyanı biz Şəkidə davam etdiririk. Həmin yer əvvəl qadın həbsxanası olub. Hazırda Şəkidəki «Mehriban qızlar» kafesinin işçiləri də qızlardır. Tələbə və asudə vaxtını keçirmək istəyən bütün gənc qızlar üçün oranın qapısı açıqdır».

Azərbaycan Gənclər Fondu ölkənin 11 rayonunda fəaliyyət göstərir.

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG