Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:09

«İqdırdan Azərbaycana pis sürpriz»


Sinan Oğan
«Türkiyədəki bələdiyyə seçkilərində Azərbaycan pis bir sürprizlə qarşılaşdı».

Avrasiya Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan «Azadlıq» radiosunun «İşdən sonra» proqramına belə deyib. O bildirir ki, Naxçıvanla sərhəddə yerləşən İqdırda bələdiyyə seçimlərini DTP qazanıb:

«Bu partiya etnik siyasət aparır, PKK ilə əlaqəsi olduğu iddia edilir. Bu, yaxşı olmadı. İqdır vilayəti Türkiyənin türk dünyası ilə bağlantısı olan bir eldir. Və artıq bir müddətdir ki, İqdırda bəzi siyasi qüvvələr Ermənistanla sərhədin açılmasını istəyir. Bələdiyyə seçkilərindəki qələbədən sonra sərhədin açılmasına etiraz edilməyəcək, tam tərsinə lehinə olacaqlar. Bu da bölgə xalqı üçün problem yaradacaq».

S.Oğana görə, sərhədlərin açılma ehtimalı son dərəcə yüksəkdir:

«Bunu üzülərək deyirəm. ABŞ prezidenti Barak Obamanın apreldə Türkiyəyə səfəri başlanır. ABŞ prezidenti seçkiqabağı kampaniyada bəyan etmişdi ki, «erməni soyqırımı»nı tanıyacaq. Bundan Türkiyəyə təzyiq vasitəsi kimi istifadə olunur. Hər halda, aprelin əvvəlində Türkiyə-Ermənistan sərhədinin açılması heç kimə sürpriz olmamalıdır».
XS
SM
MD
LG