Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:07

Pakistan kommandosu Polis Akademiyasının binasını geri aldı


Polis hücum edənlərdən 4-nü öldürüb, ən azı 3 nəfərini isə tutub

Polis hücum edənlərdən 4-nü öldürüb, ən azı 3 nəfərini isə tutub

Pakistanın Təhlükəsizlik Xidmətləri bildirirlər ki, Pakistan kommandosu Polis Akademiyası binasına nəzarəti əlinə alıb. Xüsusi təyinatlı dəstə girov götürülmüş 10 polisi də azad edib.

Martın 30-u səhər naməlum silahlılar Lahor şəhərinin kənarında yerləşən akademiya binasına qumbarlarla və avtomat silahlarla hücum edib. Hücumda akademiyada təhsil alan 8 tələbə öldürülüb.

Bundan sonra binanı mühasirəyə alan polislə silahlılar arsında 8 saat atışma gedib. Atışmada 20-yə yaxın polis ölüb, daxili işlər katibi Kamal Şahın məlumatına görə, 89 polis yaralanıb.

Polis hücum edənlərdən 4-nü öldürüb, ən azı 3 nəfərini isə tutub. Hücumçuların 3-ü isə əsir düşməmək üçün özünü partladıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG