Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:45

Koroğlu Qasımov cərimə edildi


Gəncə Şəhər Nizami Rayon Polis İdarəsinin keçmiş zabiti Koroğlu Qasımov haqda məhkəmə hökmü çıxarılıb. Məhkəmə keçmiş polis zabitini şərti maliyyə vahidinin 1500 misli miqdarında (təxminən 1600 dollar) cərimə edib.


K.Qasımov haqda Cinayət Məcəlləsinin 308.1 maddəsilə (vəzifə səlahiyyətlərindən sui-istifadə) ittiham irəli sürülmüşdü.


Proses zamanı Koroğlu Qasımovun Gəncə sakinləri Xoşqədəm və Eşqim Həmidovları heç bir məhkəmə sanksiyası olmadan dörd gün polisdə saxladığı barədə şahid ifadələri dinlənib.


Ötən ilin noyabrında ölkə mediası Koroğlu Qasımovun Həmidovlara qarşı zor və əxlaqa sıxmayan hərəkətlər etməsilə bağlı silsilə materiallar yaymış, Gəncə Prokurorluğu Xoşqədəm Həmidovanın ərizəsi əsasında cinayət işi qaldırmışdı. Hətta insan haqları müdafiəçiləri xanım Həmidovaya zorakılıq faktını araşdırmaq üçün Gəncəyə gəlmiş və zərərçəkənlə görüşmüşdülər. Onların Daxili İşlər naziri Ramil Usubovla görüşündən sonrasa Koroğlu Qasımov tutduğu vəzifəsindən və polis sıralarından xaric edilmişdi.


XS
SM
MD
LG