Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:08

Prezidentin kürəkəni qlobal maliyyə böhranından gileylənir


Emin Ağalarov
Azərbaycanlı multimilyonçu Araz Agalarovun Moskvadakı «Crocus Group» şirkəti indiki qlobal maliyyə böhranından ziyan çəkməyə başlayıb.

Onun oğlu, şirkətin kommersiya direktoru Emin Ağalarov «Röyters»ə deyib: «Biz Moskvada geriləmənin artıq başladığını hiss edirik və bu geriləmə əhəmiyyətli dərəcədə böyükdür».

Emin Ağalarov deyir ki, ümumilikdə onun ehtimalları çox bədbindir:

«Ancaq bu ilin birinci yarısında bütün iri satış şirkətlərinin hamısına ziyan dəyəcək».

«Röyters» yazır ki, «Crocus Group»un brilyantlardan tutmuş limuzinlərə qədər lüks mallar satan 100-dən çox butiki var.

Araz Ağalarovun özü isə vaxtilə deyirdi ki, onun «Krokus» satış şəbəkəsində satılan malların çeşidi və sayı İsveçin məşhur «Ikea» satış şəbəkəsindən çoxdur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG