Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:48

Ramzan Kadırovla münaqişədə olan Sulim Yamadayev güllələnib


Çeçenistanın Moskva tərəfindən dəstəklənən lideri Ramzan Kadırovla münaqişədə olan Sulim Yamadayev Birləşmiş Ərəb Əmirliklərində güllələnib və yaralanıb. Bu barədə Rusiyanın yerli informasiya agentlikləri məlumat yayıblar. Yamadayevin yaxın qohumlarından birinin dediyinə görə, o, hazırda xəstəxanadadır və artıq həyatına təhlükə yoxdur. Məlumat Rusiya rəsmiləri tərəfindən təsdiqlənməyib. Dubay mətbuatı da bundan öncə yazırdı ki, şənbə günü Dubayda Süleyman Madov adlı çeçen mühacir qətlə yetirilib.

Sulim Yamadayev keçmiş separatçı üsyançı olub, daha sonra Kadırov kimi o da, Rusiya tərəfə keçib. 2008-ci ildə başçılıq etdiyi batalyondan qovulub və qaçmaq məcburiyyətində qalıb. Sulim Yamadayevin qardaşı Ruslan Yamadayev 2008-ci ilin sentyabrında Moskvada qətlə yetirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG