Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:33

«General Motors»un rəhbəri istefaya gedib


Amerikanın «General Motors» şirkətinin baş icraçı direktoru Rik Vagoner

Amerikanın «General Motors» şirkətinin baş icraçı direktoru Rik Vagoner

Amerikanın «General Motors» şirkətinin baş icraçı direktoru Rik Vagoner vəzifəsindən istefa verib.

Məlumata görə, ondan belə bir addım atmasını hökumət istəyib. Gözlənilir ki, martın 30-da Amerika prezidenti Barak Obama avtomobil sahəsinə hökumət yardımı ilə bağlı planı açıqlayacaq.

Qlobal iqtisadi böhran başlayanı avtomobil satışı 30 faizdən də çox aşağı düşüb. Aparıcı avtomobil şirkətləri «General Motors» və «Chrysler» hökumətdən kredit istəyir.

«General Motors» şirkəti 2005-ci ildən bəri 82 milyard dollar itirib. Amma hökumətin yardımı hesabına müflis olmaqdan yaxa qurtara bilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG