Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:44

NATO 2 milyard dollar vəsait axtarır


NATO-nun baş katibi Yaap de Hoop Sxeffer deyir ki, Əfqanıstan ordusunu və polis qüvvələrini müdafiə etmək üçün NATO bir ilə 2 milyard dollar vəsait axtarır. Qurumun baş katibi «Faynənşl Tayms» qəzetinə müsahibəsində deyib ki, çərşəndə axşamı Niderlandın Hague şəhərində keçiriləcək Əfqanıstanla bağlı beynəlxalq konfransda qeyri NATO ölkələrindən də maliyyə yardımı istəməyə imkan olacaq.

Yaap de Hoop Sxeffer bu cür yardım edə biləcək ölkələrin adlarını da sadalayıb. Onların sırasında konfransa qatılacaq Yaponiya, Səudiyyə Ərəbstan və Fars körfəzi ölkələrinin adları var. Məlumata görə, hazırda 134 min əfqan hərbçisini saxlamaq üçün NATO-nun fondunda yalnız 25 milyon dollar pul var.

NATO-nun baş katibi onu da deyib ki, Əfqanıstanın təhlükəsizlik qüvvələrini müdafiə etmək və daha da genişləndirmək bu həftə keçirəcək NATO sammitində də gündəlikdə olacaq.

XS
SM
MD
LG