Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:53

İri layihələr korrupsiyadan nə qədər uzaqdır?


Bakı, dənizdən görüntü
Bakı, dənizdən görüntü
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) hesab edir ki, neft pulları çoxaldıqca, hökumət daha çox bahalı layihələr həyata keçirməyə başlayır. Partiyanın İqtisadiyyat Komissiyasının üzvü Zöhrab İsmayılova görə, bu, heç də elə-belə baş vermir. Onun sözlərinə görə, hazırda Bakıda tıxacları aradan qaldırmaq üçün yeni yolların, körpülərin tikintisinə başlanıb, bölgələrdə yeni modul elektrik stansiyaların da inşası davam etdirilir. Cənab İsmayılov deyir ki, əslində, bütün bu işlər ölkənin inkişafıyla bağlıdır, amma bir qədər dərinə gedəndə məlum olur ki, iri layihələrə ayrılan pulların heç də hamısı təyinatı üzrə xərclənmir. Zöhrab İsmayılovun bildirdiyinə görə, hökumət 52 modul stansiyanın tikintisinə təqribən 400 milyon dollar xərcləməyi nəzərdə tutub ki, bu da olduqca şişirdilmiş bir məbləğdir. O, «Motodrom» ərazisində tikilməkdə olan avtovağzalla bağlı da bu cür qiymət şişirtmələri olduğunu iddia edir. Belə ki, yeni avtovağzalın tikilib başa çatdırılması əvvəlcə 8 milyon dollara dəyərləndirilsə də, sonradan xərc 30 milyon dollara qaldırılıb. Zöhrab İsmayılov eyni halın inşasına yenicə başlanan Bakı dairəvi yolun tikintisində də olduğunu söyləyir.

Nəqliyyat Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Namiq Həsənov dairəvi yola görə, xərclərin artırılmasında şübhəli bir məqam görmür. Onun sözlərinə görə, dairəvi yolun uzunluğu əvvəl 22 kilometrə yaxın, onun tikintisinə ayrılan vəsait isə təxminən 28 milyon dollar olub. Amma yeni avtovağzal kompleksini dairəvi yola birləşdirmək üçün yol 5 km uzadılıb və digər kommunikasiya xətlərinin çəkilişinə də ehtiyac yaranıb. Elə bu səbəbdən də layihənin qiyməti 50 milyon dolara qalxıb.


«Azərenerji» Səhmdar Cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərov isə deyir ki, modul stansiyaların tikintisinə ümumilikdə dövlət 400 yox, 310 milyon dollar vəsait ayırıb. Astarada həmin stansiyalardan birinin tikintisi artıq başa çatıb, Quba-Xaçmazda isə işlər davam etdirilir. Cənab Əsgərova görə, gücü 87 meqavat olan daha üç yarımstansiya Bakı, Şəki və Naxçıvanda inşa ediləcək.


DİNLƏYİN!


XS
SM
MD
LG