Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:04

Ədalət və İnkişaf partiyası irəlidədir


Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf partiyası irəlidədir
Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf partiyası irəlidədir
Türkiyədə bələdiyyə və yerli icra orqanlarına keçirilən seçkilərdə baş nazir Rəcəb Tayyip Ərdoğanın Ədalət və İnkişaf partiyasının irəlidə olduğu bildirilir.

Lakin partiya əvvəlki seçkilərdə yığdığı səsdən daha az səs yığıb. 2007-ci il seçkilərində səslərin 46 faizini yığan Ədalət və İnkişaf partiyası bu dəfə 39 faiz səs yığıb.

Müxalif Cümhuriyyət Xalq Partiyasının isə 20 faiz səslə ikinci yerdə olduğu deyilir.

Milliyyətçi Hərəkat Partiyası isə üçüncü yerə sahib olub.

Martın 29-da keçirilən seçkilər zamanı siyasi rəqiblər arasında aparılan mübahisədə 6 nəfər həlak olub, yaralılar var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG