Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:21

ABŞ Pakistanda Əl Qaidə liderlərini təqib edəcək


Amerika prezidenti Barak Obama Pakistan hökuməti ilə müzakirədən sonra elan edib ki, ABŞ Pakistanda Əl Qaidə liderlərini təqib edəcək. Televiziyaya müsahibəsində Barak Obama onu da deyib ki, Amerika Pakistanın müstəqilliyinə hörmətlə yanaşır və onun ərazisinə amerikan ordusunu yeritmək niyyətində deyil. Amerika lideri əlavə edib ki, ABŞ Pakistan hökumətinə dəstək verməlidir ki, Əfqanıstanla sərhəd rayonlarında Əl Qaidə və Talibana qarşı əməliyyatlarda daha məsuliyyətli olsunlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG