Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:48

Casusluq edən kompyuterlər...


«Şəbəkənin arxasında MKİ və ya Rusiya da dura bilər. Bizim qapağını qaldırdığımız bu gizli dünyada çox şey qaranlıq və müəmmalıdır»

«Şəbəkənin arxasında MKİ və ya Rusiya da dura bilər. Bizim qapağını qaldırdığımız bu gizli dünyada çox şey qaranlıq və müəmmalıdır»

Kanada mütəxəssisləri bütün dünya üzrə kompyuterlərə nəzarət edə biləcək elektron-xəfiyyə sistemi aşkar ediblər.

«The New York Times» qəzetinin yazdığına görə, dünyanın 103 ölkəsini əhatə edən bu elektron sistem vasitəsilə kompyuterlərdə saxlanan çoxlu sənədlər oğurlanıb.

Şəbəkənin xüsusiyyətlərindən biri də bütün dünyada kompyuterlərin yerləşdiyi otaqlara gizli şəkildə qulaq asmaq, hətta veb kameralar qoşmaqla orada baş verənləri görmək imkanlarıdır.

Mütəxəssislər qeyd edirlər ki, elektron casusluq şəbəkəsində istifadə olunan kompyuterlərin demək olar ki, hamısı Çində istehsal olunub. Bundan başqa, bu şəbəkənin nəzarətinə daha çox Tibetin mühacirətdə olan lideri Dalay Lamanın idarələri məruz qalıb. Amma Toronto Universitetinin mütəxəssisləri birbaşa olaraq Çin kəşfiyyatını günahlandırmağa tələsmirlər.

«Şəbəkənin arxasında MKİ və ya Rusiya da dura bilər. Bizim qapağını qaldırdığımız bu gizli dünyada çox şey qaranlıq və müəmmalıdır», – deyə qəzet kanadalı mütəxəssis Ronald Deibertin sitatını çap edir.

Çinin Nyu-Yorkdakı konsulluğunun nümayəndəsi ölkəsinə qarşı yönələn casusluq ittihamlarını rədd edib.

Kanada araşdırmaçılarının verdiyi məlumata görə, iki ildən də qısa bir müddət ərzində istehsal olunan və müxtəlif yerlərdə satılan 1295 kompyuter vasitəsilə casusluq şəbəkəsi yaradılıb. Bu şəbəkə vasitəsilə həyata keçirilən casusluq fəaliyyətinə səfirliklər, hökümət idarələri və hətta NATO-nun strukturları məruz qalıb.

Cənubi və Cənub-Şəqri Asiya ölkələrindəki casusluq fəaliyyəti daha intensiv olub.

Elektron casusluq şəbəkəsində istifadə olunan kompyuterlərin demək olar ki, hamısı Çində istehsal olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG