Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:29

Türkiyədə bələdiyyə və yerli icra orqanlarına seçkilər keçirilir


Ekspertlər bu seçkini hakim Ədalət və İnkişaf Partiyasının gücünün yoxlanılması üçün bir seçki sınağı hesab edirlər
Ekspertlər bu seçkini hakim Ədalət və İnkişaf Partiyasının gücünün yoxlanılması üçün bir seçki sınağı hesab edirlər
Martın 29-u Türkiyədə bələdiyyə və yerli icra orqanlarına seçkilərə səsvermə başlayıb. Seçkilərdə 48 milyon seçicinin iştirak edəcəyi gözlənilir.

Ekspertlər bu seçkini hakim Ədalət və İnkişaf Partiyasının gücünün yoxlanılması üçün bir seçki sınağı hesab edirlər.

Seçki öncəsi ictimai rəy göstərib ki, hakim partiyanın irəlidə olma şansı daha çoxdur. Hakim Ədalət və İnkişaf Partiyasının ölkənin iki ən əsas şəhəri Ankara və İstanbulda nəzarəti saxlayacağı ehtimal edilir.

Seçkilərdə əsasən hakim Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və Cümhuriyyət Xalq Partiyası (CHP) arasında mübarizə gedir.

Seçkiqabağı kompaniyada aparılan debatlar daha çox Türkiyənin zəifləmiş iqtisadiyyatının bərpası üzərində qurulmuşdu.

Hazırda hakimiyyət Beynəlxalq Valyuta Fondu ilə danışıqlar aparır. Danışıqlarda Türkiyəyə sərmayə yatırılmasının etibarlılığını bərpa etmək üçün ona bir neçə milyard ABŞ dolları dəyərində yardım edilməsi məsələsi müzakirə olunur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG