Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:01

Xəbərlər


Süleyman Rüstəmin 100-cü doğum günü qeyd olundu. Bir yandan «partbiletim sol cibimdə – ürəyimin başındadır» deyən, digər yandan «Ana və poçtalyon», «Təbrizim» və «Şəhriyara məktub» kimi lirik şerləri, eləcə də populyar qəzəlləriylə yaddaşlara köçən Süleyman Rüstəm sözün əsl mənasında, xalq şairi olub. Qorbaçov «perestroyka»sı, yəni yenidənqurma başlanandan 4 il sonra – 1989-cu ildə dünyasını dəyişən bu ünlü şair bütün ziddiyyətləriylə 20-ci əsr Azərbaycanın parlaq sənətçilərindən sayılır.




Cəlil Məmmədquluzadə Ensiklopediyasını tanıtma mərasimi rəsmi yubiley tədbiriylə eyni gündə keçiriləcək. Bu barədə məlumatı Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevlə Ədəbiyyat Fondunun direktoru Nazim İbrahimov Moskvada keçirilən ədəbi gecədə səsləndiriblər. Rusiya paytaxtının Millətlər Evində təşkil olunan həmin gecədə 140 yaşlı Mirzə Cəlil və 100 yaşlı «Molla Nəsrəddin» dərgisi yad edilib.




Aprelin 28-də «Abşeron» Sərgi Salonunda Beynəlxalq Uşaq Rəsmləri Müsabiqəsinin yekunlarına həsr olunan sərgi açılıb. Sərgidə 56 balaca rəssamın 72 əsəri göstərilir. Beynəlxalq müsabiqədə 1-ci yerləri tutanlar arasında Nəzrin Məmmədova, Kamil Abbaszadə, Heyran Mustafayeva, Liza Konçik və Rəhim İbrahimov da var. Digər azərbaycanlı uşaqlar da mükafata layiq yerləri tutublar.




«Ədiblərə prezident təqaüdü verilməsi onların yaradıcı ruhunu zəiflədə bilər». Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bu fikri Milli Kitabxanada keçirdiyi mətbuat konfransında dilə gətirib: «Prezident təqaüdü ömürlük verilməməlidir, çünki dolanışığına yetərli məbləği alan müəllif yaradıcılıqdan soyuya bilər». Nazir Əbülfəz Qarayevin fikrincə, prezident təqaüdü həvəs oyatmalı və layiqli yazıçılara ödənməlidir.




Azərbaycan Dövlət Kukla Teatrının 75 yaşı tamam olur. 1931-ci ildə tanınmış aktyor və rejissor Molla ağa Bibirlinin qurduğu kukla teatrına 1964-cü ildə dövlət statusu və Abdulla Şaiqin adı verilib. 15 nəfər sənət fədaisinin çalışdığı həmin teatr direktor Rəhman Quliyevin sözlərinə görə, əsaslı təmirdən və yeni texnologiyalarla təchiz ediləndən sonra tam gücüylə fəaliyyətə başlayacaq


XS
SM
MD
LG