Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:31

Rusiya-Azərbaycan millisinin görüşü anşlaq ola bilər


Rusiya-Azərbaycan futbol yığmalarının görüşü anşlaq ola bilər. Rusiyanın «Ria Novosti» internet portalı qeyd edir ki, martın 28-də Moskvanın Lujniki stadionunda keçiriləcək oyuna görə biletlərin hamısının satılması gözlənilir.

Artıq 78 min yerlik stadionun 60 min oturacağının bileti satılıb.

Oyunu 6500-ə qədər azərbaycanlı azarkeşin izləyəcəyi gözlənilir.

Sonuncu dəfə Lujniki stadionu belə qələbəliyi ötən ilin may ayında Çempionlar Liqasının finalı mərhələsində «Çelsi» və «Mançestr United» futbol komandalarının görüşü zamanı yaşayıb.

Rusiya-Azərbaycan milliləri 2010-cu ilin Dünya Çempionatının seçmə mərhələsinə keçirilən oyunlar çərçivəsində görüşür. Oyun Bakı vaxtı ilə axşam saat 18.00-da başlayacaq.

Azərbaycan yığması hazırda 1 xalla qrupda 5-ci yerdədir. Rusiya millisi isə Almaniyadan sonra qrupun ikincisidir.

Azərbaycan və Rusiyadan başqa 4-cü qrupa Almaniya, Finlandiya, Uels və Lixtenşteyn daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG