Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:56

Rusiya-Azərbaycan: heç-heçə


Möcüzəyə olan ümid də var
Möcüzəyə olan ümid də var
«Azadlıq» Radiosunun «İşdən sonra» proqramında futbol azarkeşləri və ekspertlər martın 28-də Moskvada keçiriləcək futbol matçı ilə bağlı gözləntilərini açıqladılar.

«APA Sport» portalının futbol şərhçisi Mehman Süleymanovun sözlərinə görə, matç öncəsi açıqlamalarında Rusiya yığmasının məşqçisi Qus Hiddinq Azərbaycan yığmasının balaca rəqib olmadığını deyib. Və Berti Foqtsun hazırladığı komandadan yaxşı oyun gözlədiyini dilə gətirib.

Amma AFFA-nın keçmiş baş katibi Çingiz İsmayılov deyir ki, bir birini tərifləmək gəlmə məşqçilərin çoxdankı adətidir. Onun fikrincə, Azərbaycan yığmasının fiziki hazırlığı oyundan çox şey gözləməyə imkan vermir.

«Ayna Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlının fikrincə, oyunun ilk yarısında Azərbaycan komandası öz qapısını mühafizə edə bilsə, bəlkə nəticə bir qədər ürəkaçan olar.

Müsavat partiyasının başqan müavini Arif Hacılı da deyir ki arzularını proqnozunun gözünə qatanda nəticə heç-heçə alınır.

«Heç-heçə» ekspertlərin də gözləntisinin maksimumudur. Belə ki, Mehman Süleymanovun dediyi kimi, Rusiya yığmasında İngiltərə premyer liqasının oyunçuları var, Azərbaycan yığmasının ən parlaq ulduzu Rəşad Sadıqov isə Türkiyənin 17-ci yerdə olan komandasında oynayır.

Bununla belə, möcüzəyə olan ümid də var.
XS
SM
MD
LG