Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:49

Türkiyə Rasmussenin NATO rəhbəri olmasına etiraz etmir


Türkiyə prezidenti Abdulla Gül bildirib ki, onlar Danimarkanın baş naziri Rasmussenin NATO-nun növbəti baş katibi olmasına etiraz etmirlər. Abdulla Gül deyib ki, Rasmusseni Avropada “ən müvəffəqiyyətli baş nazirlərdən biri ” hesab edir.

Danimarkada Məhəmməd peyğəmbərin karikaturaları çap olunandan sonra bir sıra müsəlman ölkələrində buna qarşı etirazlar baş vermişdi. O vaxt Rasmussen söz azadlığının müdafiəsi ilə bağlı fikirlər bildirmişdi.

Bəzi Türkiyə rəsmiləri bir müddət əvvəl Rasmussenin namizədliyinə etiraz etmişdilər, onun həm karikatura qalmaqalındakı mövqeyini, həm Türkiyənin Avropa Birliyinə qəbulunun əleyhinə çıxış etməsini, həm də kürd üsyançılarına münasibətini pisləmişdilər.

Bu il avqustun 1-də NATO-nun indiki baş katibi Yaap de Hoop Sxefferin səlahiyyət müddəti bitir və Rasmussen onu əvəzləməyə ən şanslı namizəd sayılır.
XS
SM
MD
LG