Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:03

Obama Əfqanıstan və Pakistanla bağlı yeni strategiyasını açıqlayıb


Martın 27-si ABŞ Prezidenti Barak Obama ölkəsinin Əfqanıstan və Pakistanla bağlı yeni strategiyasını açıqlayıb.

Ağ Evdə çıxış eləyən Obama deyib ki, Əfqanıstanda gərginlik artır. Amma bu ölkənin Əl-Qaidə və Talibanın nəzarətinə keçməsinə imkan vermək olmaz.

Obama deyib ki, "planın əsas məqsədi Pakistan və Əfqanıstanda Əl-Qaidənin strukturunu parçalamaq, dağıtmaq, və məğlub etməkdir."

Pakistandakı vəziyyətlə bağlı danışan Obama deyib ki, son kəşfiyyat məlumatlarına görə Əl-Qaidə ABŞ-a qarşı yeni hücumlara hazırlaşır. Obama əlavə eləyib ki, "Pakistan hökuməti Əl-Qaidəni öz ərazisindən çıxarmaqla bağlı öhdəliyinə sadiq qalmalıdır".
XS
SM
MD
LG