Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:55

Nüfuzlu tibb jurnalı Roma papasını təkzib edir


Nüfuzlu tibbi jurnalı “Lanset” Roma papasını elmi faktları təhrif etməkdə günahlandırıb. Papa 16-cı Benedikt demişdi ki, prezervativlərdən istifadə əksinə AİDS xəstəliyinin daha çox yayılmasına gətirib çıxara bilər.

Papa bunu keçən həftə Afrikaya səfəri zamanı bildirmişdi və əlavə etmişdi ki, xəstəliklə mübarizə özünü zinadan saxlama və imanlılıq nəticəsində müsbət nəticə verə bilər.

“Lanset” özünün baş məqaləsində yazır ki, Papanın bu sözləri xəstəliklə mübarizəyə böyük zərbə vura bilər. Jurnal Papanı çağırıb ki, sözlərini geri götürsün.

Günün bütün mövzuları

XS
SM
MD
LG