Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:30

Rusiya Əfqanıstan məsələsində NATO ilə əməkdaşlığa hazırdır


Moskvada Əfqanıstanla bağlı beynəlxalq konfrans işinə başlayıb. Konfransın açılışında Rusiya Xarici İşlər Naziri Sergey Lavrov deyib ki, onun ölkəsi NATO-yla bu məslədə əməkdaşlığı hazırdır.

Lavrov onu da əlavə edib ki, bu konfrans Əfqanıstanda terorçuluqla mübarizə və narkotraffikin qarşısını almaq üçün beynəlxalq səyləri daha yaxşı əlaqələndirməyə yardım edəcək.

Konfransı Şanxay təhlükəsizlik təşkilatı təşkil eləyib. Bu quruma Rusiya, Çin, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan daxildir. Türkiyə, İran, ABŞ, Avropa Birliyi və BMT nümayəndləri də tədbirdə iştirak eləyir.
XS
SM
MD
LG