Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:18

Sumitra: «Bakı bomba şəhərdir...»


Hind qızı 6 saylı məktəbin şagirdləri ilə görüşür

Hind qızı 6 saylı məktəbin şagirdləri ilə görüşür

«Bakıya Beynəlxalq Muğam Festivalını izləməyə gəlmişik» – bunu «Azadlıq» radiosuna Hindistandan olan doktor Vasunati Badrinati dedi. Musiqi ilə məşğul olan hindli qonaq qızı ilə bərabər Azərbaycana təşrif buyurub:

«Cənub hind musiqisi və rəqs ənənəsi ilə məşğul oluram. Həm də klassik musiqini və rəqsləri tədqiq edirəm. Dünyanın bir çox ölkələrində konsertlərim olub. Qastrollara tez-tez getdiyim üçün tələbə yetişdirməyə vaxtım olmur. Amma yüksək səviyyəli tələbələr müraciət edəndə, vaxtaşırı onlara dərs keçirəm. Qızım Sumitra da mədəni ənənələrə bağlı ailədən olduğunu dərk edir. Məndən rəqsin incəliklərinə yiyələnib».

Hind filmlərini seyr edəndə, adama elə gəlir ki, Hindistanda elə hamı oxuyub-oynayır. Amma Vasunati xanım bu fikirlə razı deyil:

«Bu - hind filmlərində bütün dünyaya yayılmış stereotipdir. Əslində, belə deyil. Heç də bizim ölkədə hamı oxuyub-oynamır. Klassik musiqi ənənəsinə daha çox cənubi hindistanlılar önəm verirlər. Bir də ki, bu, ailədən asılıdır. Hansı dildə uşaqları ilə danışırlar, onları hansı mədəniyyətə yönəldirlər və s».

Bakıda muğamın sehrinə düşdüyünü deyən hindistanlı xanım elə şəhərimizə də vurulub:

«Azərbaycana gələndə hava çox soyuq idi. Amma burada bizi insanların hərarəti, istiliyi isitdi. Bakı mənim yaddaşıma möhtəşəm Xəzər dənizi, gözəl binalar və insanların qonaqpərvərliyi ilə həkk olundu».

Anasından fərli olaraq, gənc Sumitra Bakını belə təsvir etdi:

«Deyərdim ki, Bakı bomba bir şəhərdir, qeyri-adidir. Sizin musiqinizə və rəqslərinizə heyran oldum. Çox istərdim ki, bura bir də gəlim».
Can Bakı
XS
SM
MD
LG