Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:37

100-dən çox balina özünü sahilə atıb


Sakit okeanındakı Çatem adalarının sahillərində 100-dən çox balina ölüb. Onlar naməlum səbəblərdən kütləvi şəkildə özlərinə sahilə atıblar. Bu bərədə DPA agentliyi məlumat verir.

Özünü sahilə atan balinaların 8-i sağ qalıb, amma elə ağır xəsarət alıblar ki, yerli təbiəti mühafizə rəsmilərinin dediyinə görə, çox güman ki onları öldürmək lazım gələcək.

600 nəfərin yaşadığı Çatem adaları Yeni Zelandiyaya məxsusdur və paytaxt Vellinqtonun 700 kilometr cənub-şərqində yerləşir.

Günün bütün mövzuları

XS
SM
MD
LG