Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:00

Banqladeşdə qurbağaların toyu olub


Banqladeşin şimalında 2 qurbağanı evləndiriblər.

Toy mərasimində 250-dən çox adam iştirak edib. Əhali bu ayinin onların yaşadıqları quraqlıq əraziyə yağış gətirəcəyinə ümid edirlər.

Bu haqda «France press» yazır.

«Bəy» və «gəlin» iki qonşu kənddəndirlər. «Bəy» tərəfini təmsil edən 42 yaşlı məktəb müəllimi Noor Məhəmməd Kalon «France press»ə deyib ki, toy şən keçib, qonaqlar rəqs edib, mahnı oxuyub.

Qonaqlara düyü, mərci, balıq və mal ətindən hazırlanan yeməklər və şirniyyat verilib.

«Bəy» və «gəlin» xüsusi toy geyimində olublar.

«Ailə quranlara» xeyir-dua verilib. Toydan sonra onlar yaxınlıqdakı gölə buraxılıblar.

«Keçən gecə yağış yağdı. İnanıram ki, bu, toyun nəticəsidir», – deyə müəllim bildirib.


Günün bütün mövzuları

XS
SM
MD
LG