Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:59

Su basan kənddə camaat çadırlara köçürüldü


Kəngərli rayonunun tabeliyində olan Təzəkənd yaşayış məntəqəsində evləri su altında qalan sakinlər təhlükəsiz əraziyə köçürülüblər. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, zərərçəkənlər üçün çadırlar qurulub və ora elektrik xətləri çəkilib. Çadırlarda yerləşdirilən 36 ailəyə gündə üç dəfə isti yemək də verilir.


Məlumata görə, kənd məktəbi də sudan təmizlənib və şagirdlər çərşənbə axşamı dərsə gediblər.


Araz çayında suyun səviyyəsi aprelin 28-dən qalxdığından çayın kənarında yerləşən Təzəkənd kəndini su basmış və orada olan 36 evi başqa yerə köçürmək zərurəti yaranmışdı.


Mütəxəssislərin məlumatına görə, son on gündə Arazda suyun səviyyəsi iki metrə yaxın artıb. Araz su anbarından da verilən məlumata görə, burada suyun səviyyəsi hər gün artır və artıq anbarın tutumunun tam dolmasına 35-36 sm. qalır. Anbarının istismarı idarəsinin rəhbəri Muxtar Novruzov bildirir ki, 2-3 sonra anbar tamam dolacaq və əlavə yığılmış suyu 4 gündən artıq saxlamaq mümkün olmayacaq. Bundan sonra, anbardan buraxılacaq suyun həcmi də artacaq. Bu halda isə Arazla həmsərhəd rayonlara ciddi ziyan dəyəcəyi istisna olunmur. İdarə rəhbəri onu da bildirdi ki, son 10 ildə anbara bu qədər suyun yığılması müşahidə edilməmişdir.


Muxtar Respublikada yağışlı və küləkli hava şəraiti hələ də davam edir. Sinoptiklər mayın ilk ongünlüyündə havanın nisbətən sabit keçəcəyini, amma ayın ikinci ongünlüyündə yenidən qeyri-sabit olacağını bildirirlər.


XS
SM
MD
LG