Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:34

Balaca Azərbaycanın böyük vətəndaşı...


Bəstəkar Vasif Adıgözəlov

Bəstəkar Vasif Adıgözəlov

«Tanınmışlar»ın budəfəki qonağı canlı klassik, professor, Bakı Musiqi Akademiyasının kafedra müdiri Vasif Adıgözəlovdur. Əsərləri Azərbaycandan kənarda dəfələrlə səslənib və səslənməkdədir. Xırda əsərlərə sığmayan bu adamı özünün dediyi kimi, monumentalist adlandırmaq da olar. Əsərləri böyük olsa da, böyüklərlə yox, adi, sadə adamlarla dostluq etməyi xoşlayır. Onunla xəstəxanada görüşürük. Bu görüşün məkanı bizim üçün nə qədər təəssüf doğursa da, xəstəlik onun təmkininin fonunda çox kiçik görünür. Məkanından, zamanından və fiziki durumundan asılı olmayaraq, o, balaca Azərbaycanın böyük vətəndaşı titulunu qoruyacaq qədər sağlamdır.


Vasif Adıgözəlov Azərbaycanın xalq artistidir, «Şöhrət» ordeninə layiq görülüb. Həmçinin dövlət mükafatı laureatıdır. Məşhur sənətkarların - Zülfü Adıgözəlovun oğlu, Rauf Adıgözəlovun qardaşı və istedadlı dirijor Yalçın Adıgözəlovun atasıdır...


«...İnsandı da gah xəstələnir, gah düzəlir. Mən mübariz adamam, xəstəlikdən qorxan deyiləm...» Vasif Adıgözəlov belə deyir. O, övladlarından çox razıdı, özünü xoşbəxst ata adlandırır.


Yaxşı tələbələri çoxdu, dünyanın bir çox ölkələrinə yayılıb, çalışırlar: «Amerikadan, İngiltərədən mənə zəng edirlər, hal-əhval tuturlar. Elələri var, bu gün də öyrənir. Müəllimlik sənətinə çox ciddi yanaşan insanam. Biz özümüz müəllimlərimizə görə, sənətkar olmuşuq. Ona görə də mən müəllimin qədr-qiymətini bilirəm. Bu baxımdan tələbələrimdən də razıyam...»


DİNLƏYİN!


XS
SM
MD
LG