Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:02

Rusiya Şimali Koreyanı ballistik raket buraxmaq planından çəkinməyə çağırıb


Rusiya Şimali Koreyanı ballistik raket buraxmaq planından çəkinməyə çağırıb. Bundan öncə Pxenyan demişdi ki, məqsədi orbitə peyk çıxarmaqdır. Rusiyanın xarici işlər nazirinin müavini Aleksey Borodavkin deyib ki, vəziyyətlə bağlı dialoqa, məsləhətləşməyə ehtiyac var. Pxenyan bildirib ki, gələn ayın əvvəlindən peyk əlaqələrinə başlayacaq. Amma Birləşmiş Ştatlar və onun bölgədəki tərəfdarları şübhə edirlər ki, genişmiqyaslı raket sınaqdan keçiriləcək. Yaponiya öz hərbçilərinə tapşırıq verib ki, raket buraxılışı səhv həyata keçirilsə, ölkə ərazisinə düşə biləcək qırıntıları vursunlar.

Birləşmiş Ştatlardan olan nümayəndələr bu gün Vaşinqtonda vəziyyəti müzakirə etmək üçün Yaponiya və Cənubi Koreya nümayəndələri ilə ayrı-ayrılıqda görüşəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG