Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:18

«Üç nöqtə»: «Son 15 ildə Azərbaycanda 85 uşaq bağçası bağlanıb»


«Üç nöqtə» qəzetinin əməkdaşı Təhsil Nazirliyindən verilən məlumata istinadən yazır ki, son 15 ildə Azərbaycanda 85 uşaq bağçası bağlanıb. Məlumatda bildirilir ki, həmin müəssisələrdə istilik sisteminin işləməməsi, ərzaq məhsulları ilə zəif təminat və s. səbəblərdən bu addımlar atılıb. Bundan əlavə, respublikanın müxtəlif şəhər və rayonlarında 1683 qaçqın və məcburi köşkün ailəsi məktəbəqədər təhsil müəssisələrində yaşayır. Rəsmi rəqəmlərə görə, 1986-cı ildən bu yana ölkədə bircə bağça binası belə inşa edilməyib. Hazırda isə məktəbəqədər təhsilin təkimlləşdirilməsi üzrə dövlət proqramı hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib.


«Azadlıq» qəzetinin əməkdaşı xəbər verir ki, Milli Təhlükəsizlik nazirinin müavini Əli Nağıyev «Yeni Fikir» Gənclər Hərəkatının işi ilə bağlı məhkəmə prosesinə nazirliyin topladığı əməliyyat məlumatlarından ibarət arayış təqdim edib. Bu arayışda göstərilir ki, 2005-ci ildə «Yeni Fikir»in sədr müavini Səid Nuriyev ABŞ-ın sabiq Dövlət katibi Zbiqnev Bzejinski, Varşava universitetinin bir neçə professoru və Polşanın keçmiş Baş nazirinin müavini Tomaşevski ilə görüşərək, Azərbaycanda inqilab təşkil etmək üçün təlimat alıb. Məlumatda bildirilir ki, Zbiqnev Bzejinski və başqaları Səid Nuriyevi gəncləri kütləvi aksiyalara cəlb etmək üçün necə işləmək lazım olduğuna dair xüsusi təlimatlandırıblar.


Prezident İlham Əliyevin ABŞ-a səfər etməsi Ermənistanda ciddi narahatlıq yaradıb. Politoloq Rasim Musabəyov «Yeni Azərbaycan» qəzetinin müxbiri ilə söhbətində belə deyib. Politoloqa görə, bu səfər Azərbaycanın bölgədə artan nüfuzunun nəticəsidir. Rasim Musabəyovun fikrincə, əgər Ermənistan rəhbəri Amerikaya çağırılarsa, onu çətin vəziyyət gözləyir, o, reallıqlarla barışmağa məcbur ediləcək.


XS
SM
MD
LG