Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:07

Moskvada Əfqanıstanla bağlı beynəlxalq konfrans başlayır


Bu gün Moskvada Əfqanıstanla bağlı beynəlxalq konfrans başlayır. Konfrans Şanxay Əməkdaşlıq Təşkilatı tərəfindən təşkil olunub. Bu təşkilata Rusiya, Çin, Qazaxstan, Tacikstan, Qırğızstan və Özbəkstan daxildir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, bugünkü konfrans Əfqanıstanda terror və narkotik maddə alveri ilə mübarizədə beynəlxalq əməkdaşlığı daha da gücləndirəcək. Tədbirə Avropa Şurası, NATO, Birləşmiş Ştatlar, İran və Türkiyədən də nümayəndələr qatılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG