Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:37

İqtisadi böhran üzündən Avropada iğtişaşlar başlayıb


Parisdə, fransız fəhlələrin etiraz askiyası
Parisdə, fransız fəhlələrin etiraz askiyası

Son 10 gündə iqtisadi böhran Amerikadan tutmuş Avropaya kimi etirazlara səbəb olub. Amma Avropada bu etirazlar daha sərt və aqressiv formada müşahidə olunur.

Səbəb odur ki, Avropa ölkələrinin vətəndaşları öz hökumətlərini iqtisadiyyatı stimullaşdırmaq və iş yerlərini qorumaq üçün ABŞ-dakı kimi addımlar atmamaqda ittiham eləyirlər və simiclikdə də günahlandırırlar.

Ən güclü etirazlar Londonda gözlənilir


İctimai narazılığın ən böyük dalğasını Londonda, aprelin 6-sında gözləyirlər. Dünyanın iniaf eləmiş 20 ölkəsinin – G20-nin liderlərinin böhranla bağlı sammitində.

Artıq Britaniya polisi təhlükəsizlik tədbirlərini güclənidirib, hətta maliyyə firmaları və banklara da tövsiyyə ediblər ki, özləri də əlavə tədbirlər görsünlər.

Britaniyanın xarici işlər naziri Devid Milibənd isə vətəndaşları sakitləşdirmək üçün bu sammitdə iş yerlərinin qorunması və sosial təminat məsələlərini qaldıracağına söz verib.

Amma verilən bu sözlərə baxmayaraq, böhranla bağlı ən aqressiv etiraz faktı elə bu ölkədə qeydə alınıb. Şotlandiyanın paytaxtı Edinburdqda…

Şotlandiya Royal Bankının keçmiş rəhbərinin evinə basqın edilib

Burda Şotlandiya Royal Bankının İdarə heyətinin keçmiş sədri Fred Gudvinin evinə basqın edilib, evi darmadağın eləyiblər, sonrasa evi də, bankirin maşınını da yandırıblar.

Amma Qudvinin bəxti gətirib. Basqın vaxtı bankir nə özü, nə də ailə üzvləri edvə olmayıblar.


Heç kim şübhə eləmir ki, basqınçılar Qudvinə bankı müflislik həddinə gətirdiyi və sonunda hökumətə satmağa məcbur olduğu üçün hirsləniblər. Çünki, Fred Qudvin vəzifədən gedəndə özünə ildə 1 milyon dollar pensiya kəsməyi unutmayıb. Indi dövlət onun bankını böhrandan çıxarmaqla bərabər, həm də bu pensiyanı ödəməlidir.

Fransada işdən çıxarılan fəhlələr fabrik müdirini girov götürüb

Fransada isə işdən çıxarılan fəhlələr fabrik müdirini düz bir sutka girov saxlayıblar. “3M” fabrikinin direktoru Lyuk Russe ancaq martın 26-sı səhər həmkarlar ittifaqı və firma rəhbərliyinin danışıqlarından sonra azad edilib.

Firma rəhbərliyi işdən çıxarılanlara indikindən qat-qat artıq təzminat ödəməyə razılıq verəndən sonra.

Ötən həftə isə, Fransada 1.2 milyon işçi ixtisarlara etiraz olaraq tətil eləyiblər. Heç bir zorakılıq müşahidə edilməsə də, daha kəskin tədbirlərə əl atacaqlarıyla bağlı xəbərdarlıqlar olub.

ABŞ Avropa Birliyini simiclik etməməyə çağırır

Avropa ölkələrinin liderləri isə bu etirazların qarşısında vəziyyətin nəzarət altında olduğunu göstərməyə çalışırlar. Baxmayaraq ki, okeanın o tayından ABŞ rəsmiləri də bu davranışlarına görə Avropa Birliyi liderlərini ittiham eləyir.

ABŞ rəsmiləri deyirlər ki, Avropa Birliyi böhranı yetərincə ciddyə almır, iş yerlərinin qorunması və iqtisadiyyatı stimullaşdırmaq üçün daha çox tədbir görmək, daha çox pul xərcləmək lazımdır.

Avropa Birliyi rəsmisinin cavabı: "Amerika cəhənnəmə gedir..."

Avropa Birliyi rəsmiləri ABŞ-dakıları vəziyyəti dramatikləşdirməkdə günahlandırırlar. Hətta Avropa Birliyinə keçici prezidentlik eləyən Çexiyanın baş naziri Miroslav Topolanek martın 25-də ABŞ-ın gördüyü tədbirləri, tirolyonlarla dollarlıq stimullaşdırma paketlərinin səmərəsiz olduğunu deyib. Və ABŞ-ın cəhənnəmə aparan yolla getdiyini deyib.

Miroslav Topolanek deputatların ona etimadsızlıq göstərdiyini öyrənən anda.

Topolanek:
"Mən deməliyəm ki, Amerikanın Maliyyə naziri Timeti Geyznerin yeni iqtisadi stimullaşdırma paketi Avropanı ciddi narahat eləyir. Söhbət ondan getmir ki, bu xərcləmələriylə amerikalılar 30-cu illərin səhvlərin təkrarlayırlar.
Söhbət ondan gedir ki, bütün bu tədbirlər müvəqqəti təsir göstərə bilər, əslində isə bu yol onları cəhənnəmə aparır”.

Mirek Topolanek özlərinin doru yolda olduğunu iddia eləsə də, dediklərinə heç Çexiya Parlamentini də inandıra bilməyib. Nəticədə parlament onun hökumətinə etimadsızlıq götərib.


Baş nazirin işsizlərə tövsiyyəsi: "Özünüzə məşğuliyyət tapın!"

Avropa ölkələrinin liderləri amerikalıları təqnqid eləməklə öz vətəndaşlarını sakitləşdirməyə çalışsalar da, etirazların getdikcə artması onları da pis vəziyyətdə qoyur. Bəzən deməyə ya söz tapmırlar, ya da elə mənasız söz deyirlər ki, insanlar lap özündən çıxır.

Məsələn, iqtisadi böhran üzündən ixtisarların armasıyla bağlı İtaliyanın baş naziri Silvio Berluskonidən soruşublar ki, “işini itirənlərə nə məsləhət görərdiz?”. Berluskoni cavabında deyib ki, “özlərinə başqa bir iş, məşğuliyyət tapsınlar”.


Fransa prezidentinin dedikləri istehza mövzusu olub

Fransa prezidenti Nikola Sarkozi isə böhrandan əziyyət çəkən vətəndaşlarına məsləhət görüb ki, “milli ənənələrinə qayıtsınlar”. İndi Fransada bəzi şərhçilər istehzayla deyirlər ki, yəqin Sarkozi fransızların “inqilab ənənəsini” nəzərdə tuturmuş.

Çünki Sarkozinin bu sözlərindən sonra, martın 25-I gecəsi önlük taxmış yüzlərlə fransız fəhləsi Parisin mərkəzində yürüş eləyiblər. Yürüşü Sarkozinin iqamətgahının qarşısında, Yelisey Sarayının önündəki meydanda bitirən fəhlələr burda önlüklərini yandırmaqla etirazlarını bildiriblər.

Hələ bu ilin əvvəlində, BMT, Dünya Bankı kimi qurumların rəsmiləri xəbərdarlıq eləmişdilər ki, əgər dövlətlər iqtisadi böhranla vaxtında və effektiv mübarizə apara bilməsələr, iş yerlərini qoruyub, iqtisadiyyatı dirçəltmək üçün pul xərcləməkdən çəkinsələr sosial ixtişaşlar dalğası siyasi dəyişikliklərə gətirib çıxaracaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG