Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 01:16

Vaşinqton Gürcüstan hökuməti və müxalifətini zorakılıqlardan çəkinməyə çağırıb


Vaşinqton Gürcüstan hakimiyyəti və gələn ayın əvvəlində kütləvi etiraz aksiyalarına hazırlaşan müxalifəti ölkədə zorakılığa səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb. ABŞ-ın bu barədə narahatlığını martın 26-da Dövlət Katibinin yardımçısının müavini Metyu Brayza səsləndirib.

Martın 25-də Brayza Tbilisidə rəsmilər və müxalifət təmsilçiləri ilə görüşüb.

Bu günlərdə silah almaq cəhdində ittiham edərək Gürcüstanda hökumət 10-a yaxın müxalifət fəalını həbs edib. Hökumət bildirir ki, onlar müxalifətin aprelin 19-da planlaşdırdığı aksiyada zorakılıq törətmək istəyirlərmiş.
XS
SM
MD
LG