Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:15
Həbsdə olan satirik şair Sakit Zahidovun həyat yoldaşı Rəna Zəhidova «Azadlıq» radiosuna müsahibə verib.

-Rəna xanım, eşitdiyimizə görə, siz Sakit bəyin cəza çəkdiyi müəssisəyə gedib, onunla görüşməli idiniz. Görüşə bildinizmi?

-Elə indicə görüşdən gəlirəm. Oğlumla getmişdik.

-Artıq bilinirmi ki, Sakit bəy azadlığa nə vaxt buraxılacaq?

-Xeyr! O barədə orda heç bir söhbət getmir. Xəbəri yoxdur. Yəqin bilirsiniz ki, o imtina ərizəsi yazmışdı. Ona bu barədə heç nə deyilmir.

-Sakit bəy imtina ərizəsində nə yazırdı?

-O imtina ərizəsində iki səbəb göstərirdi: birincisi siyasi məhbusların bu amnistiyaya düşməməsi, ikincisi 10 saylı cəza çəkmə müəssisəsində amnistiyaya düşən digər məhbusları ona görə incidilərək azadlığa buraxmırlar.

-Bu imtina ərizəsinə cəza çəkmə müəssisəsinin rəhbərliyinin münasibəti necədir?

-Sakit hələ martın 19-u səhər rəisi xəbərdar etmişdi ki, gündüz saat 3-ə kimi məni buraxmasanız, heç olmasa digər məhbusları yubatmayın. Əks halda mən imtina ərizəsi yazacağam. Rəis də ona demişdi ki, bunu etmə. Ancaq Sakit kişi kimi gündüz saat 3-ə qədər gözlədi, bir dəyişiklik olmadığından imtina ərizəsi yazdı.

-Rəna xanım amnistiya aktı qəbul edilib, Sakit bəy də amnistiyaya düşür. Ancaq onun azadlığa buraxılması hələ ki, gecikir. Bu texniki səbəblərlə bağlıdır yoxsa burada siyasi çalarlar var?

-Yox burda siyasət var. Bu yuxarıdan verilən göstərişdir. Bu görünməyən haldır ki, elə Sakitə görə 10 saylı cəza çəkmə müəssisəsində bir çox məhbusların azadlığa buraxılması gecikir. Əsas da Sakit orada seçkilərin saxtalaşdırılmasın öz gözlərilə görüb. Bilirlər ki, o azadlığa çıxan kimi bunların hamsını danışacaq. Ona görə də onu azadlığa buraxmırlar. Deməklərinə görə martın 30-dan məhbusları buraxmağa başlayacaqlar. Ancaq bilmirəm ki, onların arasında Sakit olacaq yoxsa yox?

-Mətbuat yazır ki, Sakit bəydən nəsə ifadə alıb azadlığa buraxmaq istəyirlər. Bu düzdür?

-Sakitin cəza çəkdiyi həbsxanada amnistiyaya düşən məhbuslara deyiblər ki, siz televiziyalara müsahibə verib öz günahlarınızı etiraf etməli, təşəkkürünüzü bildirməlisiniz. Sakit də deyib ki, mən günahsız yerə tutulmuşam. Məni günahsız yerə tutanlara təşəkkür etməyəcəyəm.

-Rəna xanım, Sakit bəyin əhval-ruhiyyəsi necədir? Eşitdiyimizə görə həbsdə son günlərini yaşayan azadlığa çıxmaq ərəfəsində olan məhbuslar çox narahat olurlar?

-Mənim özüm də çox narahat idim. Sakitin azadlığa çıxması belə gecikir. Ancaq mən onda narahatlıq görmədim. Ona bir neçə dəfə də deyiblər ki, imtina ərizəsini geri götür. Ancaq bunu etməyib.

-Sakit bəyin azadlığa çıxdıqdan sonra planları sizə məlumdurmu? Yəni azadlığa çıxan kimi ilk hara gedəcək…

-O çox istəyir ki, azadlığa çıxan kimi yenidən şerlərini «Azadlıq» qəzetinə versin. Yəqin birinci redaksiyaya gedib yoldaşları ilə görüşəcək. Sonra da kəndə gedəcək. Əgər Sakiti məhbəsdən çıxaracaqlarsa, o güclə orada qalası deyil. Qismət nədir o da olacaq. Biz də gözləyirik.

Şərhləri göstər

XS
SM
MD
LG