Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:06

İnsan alverində ittiham olunan iki nəfərin məhkəməsi başlanıb


Mayın 1-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə insan alverinin təşkilində ittiham olunan iki nəfərin - Natella Əliyeva və Eduard Yüsifovun məhkəmə prosesi başlayıb. Onlar 2003-cü ilin martında Azərbaycan vətəndaşı olan üç qadını (onlardan biri yetkinlik yaşına çatmayandır) saxta viza və sənədlərlə ABŞ-ın Nyu-York şəhərinə aparıb zorla əxlaqsızlığa cəlb etməkdə ittiham olunurlar. Təqsirləndirilənlər 2005-ci ildə həbs olunublar. Onlarla işbirliyində ittiham olunan daha iki Azərbaycan vətəndaşı isə ABŞ-da həbs olunub. Təqsirləndirilənlərdən birinin vəkili Telman Qasımov bildirib ki, məhkəmə ABŞ-a getmək üçün saxta vizanın necə verilməsini araşdırmalıdır.


Təqsirləndirilənlər isə özlərini qismən təqsirli saydıqlarını bildirdilər.


Məhkəmə prosesi mayın 5-nə qədər təxirə salınıb.


Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən verilən məlumata görə, son iki ildə insan alveri ilə bağlı 275 cinayət əməli müəyyən edilib, 269 nəfər isə məsuliyyətə cəlb olunub. Bu əməllə məşğul olan 50 cinayətkar qrup zərərsizləşdirilib.


XS
SM
MD
LG