Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:29

Azərbaycanda demokratikləşmə problemləri


«Panorama»da müzakirə, 28 aprel 2006
«Panorama»da müzakirə, 28 aprel 2006

«Panorama»nın budəfəki qonaqları Seçki Monitorinq Mərkəzinin direktoru Anar Məmmədli və Demokratik Seçki Mərkəzinin sədri Rauf Hüseynlidir. Söhbətdə həmçinin «Media forum» saytının redaktoru Azər Qaraçənli və Lider TV-nin əməkdaşı Şahin Abbasov iştirak edir.


Bu həftə «Freedom Hause» təşkilatı keçid dövrünü yaşayan ölkələrdə demokratiyanın vəziyyətinə dair hesabatını yaydı. Həmin hesabata görə, Azərbaycan demokratik istiqamətdə bir qədər də geriləyib. Azərbaycanın bu geriləməsi əsasən son parlament seçkisi ilə əlaqələndirilir. Söhbətdə bu hesabatdan çıxış edilərək ölkədə demokratiyanın vəziyyətinə nəzər salınır.


Demokratik Seçki Mərkəzinin sədri Rauf Hüseynli bu hesabatla razılaşmır və bildirir ki, Azərbaycan MDB məkanında demokratiya baxımından heç bir ölkədən geri qalmır.


Seçki Monitorinq Mərkəzinin direktoru Anar Məmmədli isə, hesab edir ki, əgər istənilən ölkədə azad və ədalətli seçki keçirilmirsə, bu ölkənin demokratikləşmə sahəsində nailiyyətləri çox aşağı hesab edilir və bu baxımdan Azərbaycanın qeyri-azad ölkələr sırasına azad edilməsi ədalətli yanaşmadır...


DİNLƏYİN!
XS
SM
MD
LG