Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:37

«Şahdəniz» yatağının təbii qaz ehtiyatları 2 dəfəyə qədər artacaq


Dövlət Neft Şirkətinin 1-ci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirir ki, bu artım həmin yatağın şimal-şərq qanadında yeni – 4 nömrəli quyunun aşkarlanması hesabına baş verəcək. Aprelin 28-də keçirdiyi mətbuat konfransında cənab Yusifzadə dedi ki, yeni quyunun dərinliyi 7 min metrdir. Amma o, əlavə edir ki, yeni quyunun istismarı üçün hələ çox iş görülməlidir.


İlkin qiymətləndirməyə görə, «Şahdəniz»in 1 trilyon kubmetrdən artıq qaz ehtiyat var. Bu, Azərbaycanın neft tarixində ən böyük qaz yatağıdır.


Xoşbəxt Yusifzadə deyir ki, onlar geofizika sahəsində başqa ölkələrlə də əməkdaşlıq etmək istəyirlər. Artıq bununla bağlı Səudiyyə Ərəbistanı Dövlət Neft Şirkətinə müraciət edib.


Xoşbəxt Yusifzadənin sözlərinə görə, şirkət «Günəşli» yatağında da işləri özü həyata keçirəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG