Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:10

Ötən il 100-ə yaxın əcnəbi Azərbaycanda daşınmaz əmlak alıb


2005-ci ildə 18 ölkədən olan 100-ə yaxın əcnəbi Azərbaycanda daşınmaz əmlak alıb. Onların əksəriyyəti İran vətəndaşlarıdır – 33 nəfər. Böyük Britaniya (17) və Türkiyə (12) vətəndaşları da Azərbaycanda ən çox daşınmaz əmlak alanlar sırasındadır.


Məlumatı «Azadlıq» radiosuna Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sektor müdiri Mirəyyub Mirsultanov verib. Onun sözlərinə görə, xarici ölkələrin vətəndaşları həmin mülklərin onlara məxsusluğunu təsdiq edən sənədi Dövlət Reyestri Xidmətindən alıblar. Cənab Mirsultanova görə, xarici vətəndaşların Azərbaycanda daşınmaz əmlak alması getdikcə artmaqdadır.


XS
SM
MD
LG