Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:07

ABŞ Azərbaycanın Dünya Ticarət Təşkilatına qəbulunu sürətləndirə bilər


«Dünya Ticarət Təşkilatına (DDT) üzvlüyü ilə bağlı danışıqlarda ABŞ-ın Azərbaycana siyasi dəstəyi bu təşkilata üzvlük prosesini sürətləndirə bilər».


Azərbaycanın DTT ilə bağlı danışıqlar qrupunun üzvü Şövqü Mehdizadə «Azadlıq» radiosuna müsahibəsində belə deyib: «Biz istərdik ki, ABŞ danışıqlarda Azərbaycanın inkişafda olan bir ölkə kimi iştirak etməsini dəstəkləsin. Texniki yardımdan başqa, bizə quruma daha əlverişli şərtlə qəbul olunmaq üçün Amerikanın siyasi dəstəyi də lazımdır. Biz istərdik ki, ABŞ Azərbaycanı inkişaf prioritetləri olan ölkə kimi tanısın».


Azərbaycan Dünya Ticarət Təşkilatına üzv olmaq üçün 9 ildir ki, sənəd verib. Üzvlüklə bağlı axırıncı görüş bu ilin martın 30-da Cenevrədə olub. Təşkilata üzv olan ölkələr ticarət rejiminin liberallaşması, iqtisadi mübahisələrin beynəlxalq həlli, qida məhsullarının keyfiyyətinə nəzarətin gücləndirilməsi kimi üstünlüklər qazanılar. Gürcüstan və Ermənistan bu qurumun üzvüdür.


XS
SM
MD
LG