Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:35

Xəstəxanaların pulsuz xidmət göstərməsi xəbərinə xəstələr inanmır


Təcili tibb yardım maşını, 11 avqust 2003

Təcili tibb yardım maşını, 11 avqust 2003

Bir qədər əvvəl Səhiyyə nazirinin göstərişilə 2 saylı Klinik Uşaq Xəstəxanası, 1 saylı Klinik Xəstəxana və keçmiş «Semaşko» adına xəstəxananın bazasında yaradılan Klinik Tibbi Mərkəz və metronun «20 Yanvar» stansiyası yaxınlığında yerləşən Respublika Klinik Xəstəxanası pulsuz fəaliyyət göstərməyə başlayıb. Amma həmin xəstəxanalardan birində müalicə olunan Gülçöhrə Əhmədova bu xəbərə inanmır. Niyəsini özündən eşidək: «9 gündür burdayam, bütün dərmanları özüm almışam. Burda bir dənə də pulsuz dərman yoxdur. Bu 9 gündəhardasa 500 dollara yaxın pul xərcləmişəm».


Klinik Tibbi Mərkəzin nəzdindəki aptekin müdiri Xalidə Nəsirova isə xəstələrin dedikləri ilə razı deyil. Onun sözlərinə görə, xəstələr özləri onlardan dərman almır, bütün dərmanlar aptekdən ayrıca şöbələrə verilir. Yəni, dərman xəstəyə deyil, baş tibb bacılarının yazdığı tələbnaməyə uyğun olaraq çox ciddi qaydalarla şöbəyə ayrılır: «Şöbələrdəki xəstələrin sayına uyğun dərmanlar verilir. Sonra ayın sonunda verilən dərmanlarla bağlı hesabat aparılır».


Səhiyyə Nazirliyinin göstərişilə 60 adda dərman aldıqlarını bildirən aptek müdirinə görə, bu həmişə belə olmur. Hər şey təchizat mərkəzinin imkanlarından asılı olub. Məsələn, bu ay təchizat mərkəzindən 60 yox, 52 adda dərman ala biliblər. Ona görə qalan səkkiz adda dərmandan hansısa lazım olanda onu xəstələr özləri almalı olurlar: «Qıt və baha dərmanlar var, onu baza mənə vermir, həmin dərmanlar ilkin yardımlar üçün lazım olur, çalışırıq ki, necə olsa tapaq, amma tapa bilməyəndə xəstənin özünə aldırırlar. Bunu etiraf edirəm...»


DİNLƏYİN!


XS
SM
MD
LG