Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:12

Heykəllərinin sayını itirən heykəltəraş...


Ömər Eldarov "Azadlıq" radiosunun Bakı Bürosunda, 20 aprel 2006

Ömər Eldarov "Azadlıq" radiosunun Bakı Bürosunda, 20 aprel 2006

«Tanınmışlar»ın budəfəki qonağı keçmiş SSRİ -nin Rəssamlar İttifaqının həqiqi üzvü, keçmiş millət vəkili, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, tanınmış heykəltəraş Ömər Eldarovdur. Onun əsərlərinə Bakı ilə yanaşı, Ankara, İstanbul, Düşənbə və digər yerlərdə rast gəlmək mümkündür. Yaxın vaxtlarda Avstriyanın Vyana şəhərinin Dunay parkında daha bir əsəri özünə məskən salacaq. Ömər Eldarov uşaq illərini hər bir insanın həyatında bayram məqamı hesab edir . Səhhətindən və maddi vəziyyətindən razıdır. Amma özündən o qədər də zəif olmayan sənətkarların sosial vəziyyətinin pisliyi onu bir qədər sıxır .


Ömər Eldarov indiyə qədər neçə heykəl düzəltdiyini bilmir: «Onu demək çox çətindir. Saymaq da olmur, yadımda da qalmır». O, bildirir ki, birinci heykəli neftçiyə həsr edib: «O vaxt Leninqradda ( Sankt - Peterburqda ) institututda oxuyurdum. Yay vaxtı Bakıya gələndə düzəltmişdim».


Cənab Eldarov bildirir ki, millət vəkilliyi onun üçün çox çətin olub: «Çox vaxt aparırdı ...»


DİNLƏYİN !


XS
SM
MD
LG