Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:39

Vəfa Mütəllimova: «Digər parametrlər dəyişməyəcəyi halda ünvanlı sosial yardım yoxsullugun azalmasına gətirib çıxarmayacaq»


Naxçıvanda "qul bazarı", 25 yanvar 2006
Naxçıvanda "qul bazarı", 25 yanvar 2006

« Panorama » nın bu dəfəki qonagı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ünvanlı sosial yardım bölməsinin müdüri Vəfa Mütəllimovadır. Söhbətdə Lider TV-nin əməkdaşı Vahid Abbas və «Media forum» saytının redaktoru Azər Qaraçənli də iştirak edir. Budəfəki verilişdə ünvanlı sosial yardımların verilməsi məsələləri müzakirə edilir


Aprelin 15-dən etibarən artıq vətəndaşlar ünvanlı sosial yardımların alınması ilə bağlı müraciət edə bilərlər.


Vəfa Mütəllimova deyir ki, ünvanlı sosial yardım uşaq pulunun bazasında yaradılmış muavinət növüdür. Vətəndaşlar iyulun 1-dən ilin axırına qədər altı ay ərzində ünvanlı sosial yardım alacaqlar. Bunun üçün ailə başçısı ailə tərkibi haqda sənəd təqdim etməlidir. Hər ailə üzvünün orta aylıq əmək haqqı 150 min manatdan az olarsa, o az təminatlı sayılacaq.


Vəfa Mütəllimova deyir ki, vətəndaşın gəlirlərində dəyişiklik olarsa, pullar geri alınır, qaytarılmazsa, məhkəməyə cəlb olunur və o iki il yardımdan məhrum olunur. Onun sözlərinə görə, ünvanlı sosial yardım indiki halda digər parametrlər dəyişməyəcəyi təqdirdə, yoxsullugun azalmasına gətirib çıxarmayacaq. Sadəcə, yoxsullugun dərinliyinin, kəskinliyinin azalmasına səbəb olacaq.


DİNLƏYİN !


XS
SM
MD
LG