Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:14

Şıxəli Qurbanova layiq olduğu qiymət verilibmi?


Səs: Real audio
Martın 18-də Xalq Cəbhəsi Partiyasının «klassiklər» qanadı İran səfirliyi qarşısında piket keçirərək, səfir Əfşar Süleymaninin arzuolunmaz şəxs elan olunmasını və ölkədən çıxarılmasını tələb edib «Panorama»nın bu şənbə qonaqları Bakı Dövlət Universiteti Folklor kafedrasının müdiri Azad Nəbiyev və tarix elmləri doktoru Xaləddin İbrahimli idi. Söhbətdə həmçinin «Media forum» saytının redaktoru Azər Qaraçənli və «Lider» televiziyasının əməkdaşı Vahid Abbas iştirak edirdi



Bu dəfə «Panorama»da 1966-1967-ci illərdə Novruz bayramının Azərbaycanda rəsmi şəkildə qeyd edilməsində xidmətləri olan Mərkəzi Komitənin katibi Şıxəli Qurbanovdan və o dövrün çətinliklərindən bəhs olundu. Azad Nəbiyev dedi ki, həmin illərdə Novruz bayramının Azərbaycanda keçirilməsi təkcə Şıxəli Qurbanovun təşəbbüsü deyildi. Onun sözlərinə görə, o illər bütövlükdə Sovetlər Birliyində dəyişikliklər baş vermiş və müttəfiq respublikalara milli adət və ənənələrin bərpası istiqamətində müəyyən güzəştlər edilmişdi. Azad Nəbiyevin qənaətinə görə, sonradan Moskvanın sərt siyasət yeritməsi və 1967-ci ilin mayında Şıxəli Qurbanovun müəmmalı şəkildə ölümü ilə yenidən Novruz bayramının qeyd edilməsi Azərbaycanda qadağan olundu.



Xaləddin İbrahimli isə dedi ki, sonrakı qadağa illərində Azərbaycana nisbətən Gürcüstanda yaşayan azərbaycanlılar Novruz bayramını daha sərbəst şəkildə qeyd edirdilər. Onun sözlərinə görə, bu, bir tərəfdən Moskvanın Azərbaycana daha çox təzyiq göstərməsiylə bağlı idisə, o biri tərəfdən Azərbaycanda başqa müttəfiq respublikalara nisbətən yerli hakimiyyət orqanları milli adət-ənənələrin qorunması istiqamətində hər hansı bir iş aparmırdılar.



ƏTRAFLI AUDİO HİSSƏDƏ
XS
SM
MD
LG