Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:47
Rubrikalar

Ötən il ölkəyə 4.5 milyard dollar sərmayə qoyulub


Səs: Real audio
İranın Bakıdakı səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyinə etiraz notası göndərib - 2006-cı ildə Azərbaycan Milli Bankı ipoteka kreditlərinin yeni – bir qədər fərqli mexanizminin, əmanətlərin sığortalanması və kommunal xərclərin ödənməsi üçün yeni sistemlərin yaradılmasına çalışacaq. Milli Bankın sədri Elman Rüstəmov martın 17-də keçirdiyi mətbuat konfransında belə deyib.



2005-ci ilin yekunlarından danışan Milli Bankın rəhbərinin sözlərinə görə, ötən il ölkəyə 4.5 milyard dollar kapital qoyulub ki, bunun da 95 faizi neft sektorunun payına düşüb. Və əsasən bu sektorun gəlirlərinin hesabına ötən il Azərbaycanın rəsmi valyuta ehtiyatları 10 faiz artaraq 1 milyard dollara çatıb.



- 2006-cı ilin sonuna qədər "Azəri-Çıraq-Günəşli" layihəsində çalışan 8 min azərbaycanlı işçidən yarısının müqaviləsi başa çatacaq. Layihənin operatoru olan BP şirkətinin açıqlamasında deyilir ki, onlar bu insanların bir qisminin başqa işlərə yönəldilməsinə çalışacaqlar.



- Yaxın vaxtlarda yanacaq-energetika kompleksində ayrı-ayrı xidmət sahələrinin, dəmiryolu, su nəqliyyatı, maşınqayırma, tikinti, təhsil, mədəniyyət və idman sahələrinin özəlləşdirilməsi üçün lazım olan təkliflər hökumətə veriləcək. Bu haqda martın 17-də Dövlət Əmlakının İdarə Olunması üzrə Komitənin sədri Kərəm Həsənov məlumat verib.
XS
SM
MD
LG