Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:26

İran səfirliyi Azərbaycan XİN-ə nota göndərib


Səs: Real audio
İranın Bakıdakı səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyinə etiraz notası göndərib Səfirlik həmin sənəddə Dünya Azərbaycanlılarının martın 16-da keçirilən ikinci qurultayında səslənən bəzi çıxışları İranın əleyhinə olan fikirlər kimi qiymətləndirir.



İranın Azərbaycandakı səfiri Əfşar Süleymani bildirdi ki, bu cür çıxışlar İran və Azərbaycan arasındakı münasibətlərə kölgə salır:



«Dünənki qurultayda bir neçə iranlının İrana qarşı səsləndirdiyi fikirlər İranın daxili işlərinə qarışmaq idi. Bu, beynəlxalq hüquqa görə pis hərəkətdir. Beynəlxalq hüququn əleyhinədir. O çıxışlar Azərbaycana nə verir. Özü-özünə yardım edə bilməyən adamlar mənfi söhbətlər aparır. Təbii ki, bu, Azərbaycan dövlətinə və xalqına müsbət heç nə gətirməyəcək».



Dünya Azərbaycanlılarının martın 16-da keçirilən qurultayında hazırda Avropada ölkələrində yaşayan və əslən İrandan olan bir neçə çıxışçı İranda azərbaycanlıların hüquqlarının pozulması, ana dilində məktəblərin olmaması, 1828-ci il Türkmənçay müqaviləsiylə Azərbaycanın iki hissəyə parçalandığını bildirmişdi.



Dünya Azərbaycanlıları Konqresinin sədri Cavad Derəxtinin çıxışında da İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulmasından bəhs olunurdu:



«Nə yazıq ki, bugünkü İran hakimiyyəti öz anayasasında millətlərə ana dilində təhsil imkanı verən 15 və 19-cu maddələri icra etmir. Bu haqqı Azərbaycan türklərinə vermir. Azərbaycanın güneyindəki gəncliyimizin savadlanmasına, milli mədəniyyətimizin inkişafına imkan verilmir. Fars dilinin dövlət dili, elmi-ədəbi və yazı dili kimi istifadəsi Azərbaycan türkünün assimilyasiyasını sürətləndirir».



Azərbaycan Xarici İşlər Nazirliyindən Mətbuat və İnformasiya İdarəsinin rəhbəri Tahir Tağızadə isə bildirdi ki, martın 16-da İran səfiri xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşüb. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı isə martın 18-də olacaq.
XS
SM
MD
LG