Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:09

Gəncədə Çin avtomobillərinin istehsalı planlaşdırılır


Səs: Real audio
Gəncə Avtomobil Zavodu «Gəncə» markasıyla yük avtomobili istehsal edəcək Bu barədə "Azadlıq" radiosuna məlumat verən zavodun direktoru Xanlar Fətiyevin sözlərinə görə, buraxacaqları maşın Çin modelləri olsa da, avtomobillərin markası fərqlənəcək. Yerli zavod həm də minik avtomobili yığacaq. İlkin mərhələdə avtomobilin bütün hissələri Çindən gətirilsə də, bir müddət sonra bəzi hissələr zavodun özündə istehsal ediləcək.



Xanlar Fətiyev deyir ki, il ərzində mindən çox avtomobil və yük maşını istehsal etmək istəyirlər. Məhsulu isə həm daxili, həm də MDB ölkələrinin bazarına çıxarmağı planlaşdırırlar.



«Oka» markalı maşınının istehsalına xitam verdiklərini bildirən Xanlar Fətiyev deyir ki, Rusiya şirkəti özü də bu markanın istehsalını dayandırıb. Hazırda zavodda Rusiyanın «UAZ» markalı avtomobili yığılır. İstehsal olunacaq Çin modellərinin qiymətinə gəlincə, bu rəqəm yeni Azərbaycan manatıyla 6 mindən 10 min manata qədər olacaq.
XS
SM
MD
LG