Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:15

Dəvəçi limanında köçəri quşların qırılması halları çoxalıb


Səs: Real audio
Şübhəli görünən sahibsiz itlər müayinə üçün laboratoriyaya göndərilir «Sarvan», «Xanlar» və «Qaraqışlaq» ovçuluq təsərrüfatlarının yerləşdiyi Dəvəçi limanı köçəri quşların miqrasiyası yolunda qərar tutub. Burda işləyən ovçuların sözlərinə görə, bir neçə gün əvvəl hər üç ovçuluq təsərrüfatında köçəri quşlar kütləvi qırılırmış.Tələf olan daha çox qu quşları və qaşqaldaqlar olub



«Qaraqışlaq» ovçuluq təsərrüfatının direktoru Vaqif Muradov deyir ki, ölən qüşlarla bağlı baytarlıq xidməti onlara kömək göstərir.



Mübariz Dəmirovun Dəvəçi rayonunda ovçu dükanı var. Deyir ki, əvvəllər ov vaxtı bura gəlib-gedən çox olurmuş, indi dükan bom-boşdur. «Quş qripi» virusu ilə bağlı ov qadağan olunandan dükan da boşalıb.



Dəvəçidəki ovçular deyirlər ki, ölü quşların yandırılmasına son günlər baytarlıq xidmətinin əməkdaşları yardım göstərməyə başlayıb. «Sarvan» ovçuluq təsərrüfatının nəzarətçisi İsmayıl Eminov deyir ki, buna qədər ovçular özləri benzin alıb quşları yandırırmış.



Sözügedən təsərrüfatın yaxınlığında yerləşən Sarvan kəndinin sakinləri isə dolanışıqlarının əsasən quşlardan çıxdığını deyirlər. Bu ərazi köçəri quşların limanı sayıldığından həmişə ovçular evə əlidolu gəlirmişər. «Quş qripi» virusu tapılandan sonra isə nəinki ov quşlarını, heç ev quşlarını da dillərinə vurmadıqlarını deyirlər.



Kənd sakinləri son günlər toyuq-cücələrinin də qırıldığını, ancaq baytarlıq xidməti əməkdaşlarının gəlib quşlarla maraqlanmadığını bildirirlər.



Dəvəçi Rayon Baytarlıq Xidmətinin rəisi Nizaməddin Əliyev isə, deyir ki, son günlər var qüvvələri ilə çalışırlar. Onun sözlərinə görə, həm həyət-bacalardan, həm də ovçuluq təsərrüfatlarından ölu quşlar yığışdırılır.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, son günlər Dəvəçi və Xızı rayonlarında çoxsaylı quş ölümü qeydə alınıb. Quşların qan nümunələri isə müntəzəm olaraq yoxlamaya göndərilir.



Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazov isə bildirir ki, Dəvəçi rayonu ərazisindəki ev quşları və ovçuluq təsərrüfatlarındakı ölmüş köçəri quşlarda «quş qripi» aşkarlanmayıb.



Mart-aprel ayları quşların miqrasiyası dövrüdür. Dəvəçidəki ovçular deyirlər ki, yüzlərlə quş indi sahil boyunca cənubdan şimala uçur. Dəvəçi rayonu da köçəri quşların miqrasiyası yollarından olduğundan ovçular əraziyə diqqətin artırılmasını arzulayırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG