Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:37

«Quş qripi» şübhəsilə daha bir nəfər xəstəxanaya yerləşdirildi


Səs: Real audio
Şübhəli görünən sahibsiz itlər müayinə üçün laboratoriyaya göndərilir Martın 16-da «quş qripi»nə yoluxmaqda şübhəli bilinən Salyan rayonunun daha bir sakini Bakıdakı Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutuna yerləşdirilib. Salyan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İbrahim Cəfərovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, bu, martın 13-də şübhəli simptomlarla Bakıya gətirilən Marışlı kənd sakini 37 yaşlı Gülgəz Rüstəmovanın 7 yaşlı qızı Ruhəngiz Rüstəmovadır.



Baş həkimin sözlərinə görə, ana xəstə toyuqları yolduğunu və bu işdə qızı Ruhəngizin də ona kömək etdiyini etiraf edib.



Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Səmayə Məmmədova isə, deyir ki, hazırda Ruhəngiz Rüstəmovanın müayinəsi davam edir: «Gülgəz Rüstəmovanın səhhəti isə, xeyli yaxşılaşıb və bir iki günə evə buraxılacaq».



Salyan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İbrahim Cəfərovun sözlərinə görə, «quş qripi»nin aşkarlandığı Dayıkənd və Sarvanda dezinfeksiya işləri tam başa çatdırılsa da, Marışlıda buna yağış mane olub. Cənab Cəfərovun sözlərinə görə, xəstəliyin aşkarlandığı ərazilərdən, dünyasını dəyişən adamlarla təmasda olan tibb işçiləri və yerli sakinlərdən müayinə üçün nümunələr götürülüb. Ümumilikdə 50 nəfərdən götürülən analizlərin heç birində sözügedən virus aşkarlanmayıb.



Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təssərüfatı Departamentinin Sanitariya Xidməti İdarəsindən verilən məlumata görəsə, itdə «quş qripi» virusu aşkarlandıqdan sonra qurum gücləndirilmiş işə başlayıb. İdarənin rəhbəri Mübariz Əliyevin sözlərinə görə, onlar şübhələndikləri bütün sahibsiz itləri tutub müayinə üçün laboratoriyaya göndərirlər.



Azərbaycanda «quş qripi» virusunun olması bu il fevralın 9-da təsdiqlənib.
XS
SM
MD
LG