Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:15

<i>«Üç nöqtə»</i>: «Novruz bayramı bazarlarda bahalıq yaradıb»


Səs: Real audio
Hazırda mal ətinin bir kiloqramını 26 min, qoyun ətini isə, 28 min manatdan aşağı almaq mümkün deyil Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov 5 Xəzəryanı ölkənin işçi qrupunun 20-ci iclasının açılışında deyib ki, Moskva Xəzərdə qeyri-sahilyanı dövlətə məxsus hərbi qüvvələrin olmasına qarşı çıxır. «Yeni Azərbaycan» qəzetindəki «ABŞ-ın Xəzərin mühafizəsi ilə bağlı rəsmi Bakıya köməyi Rusiyanı narahat edir» başlıqlı məqalədə belə yazılır. Müəllif bildirir ki, sözügedən iclasda Xəzərin hüquqi statusu haqda Konvensiyanın razılaşdırılmamış maddələri üzərində də müzakirələr aparılıb. Sergey Lavrov Xəzərin hüquqi statusu tam həlini tapana qədər 1921 və 1941-ci illərdə imzalanmış Sovet-İran müqaviləsinin qüvvədə saxlanılmasını təklif edib. Bununla belə, o, bildirib ki, Konvensiyanın razılaşdırılması ilə bağlı iş yaxın vaxtlarda yekunlaşacaq.



«Üç nöqtə» qəzetindəki «Novruz bayramı bazarlarda bahalıq yaradıb» başlıqlı məqalədə bildirilir ki, qiymətlərin artımı hələ ötən aydan müşahidə edilir. Müəllif yazır ki, hazırda mal ətinin bir kiloqramını 26 min, qoyun ətini isə, 28 min manatdan aşağı almaq mümkün deyil. Balıq məhsullarının da qiyməti xeyli dərəcədə artıb. İlin əvvəlindən başlayaraq bahalığa doğru gedən şəkər tozunun qiyməti 3800 ilə 4000 manat arasında dəyişir. Məsələyə aydınlıq gətirən İqtisadi-İnkişaf naziri Heydər Babayev deyir ki, bahalaşmaya səbəb bəzi yanacaq növlərinin qiymətinin artması, o cümlədən də, «quş qripi»nin olmasıdır. Amma nazir söz verir ki, hökumət bu il inflasiyanı bir rəqəmli səviyyədə saxlamağa nail olacaq.



«Bakı-Xəbər» qəzetindəki «İran əvəzinə Dağlıq Qarabağ?» başlıqlı məqalədə isə deyilir ki, bu vaxta qədər Amerika Azərbaycanı anti-İran koalisiyasında görmək istəsə də, rəsmi Bakı heç bir konkret mövqe nümayiş etdirməyib. Hələlik Azərbaycana anti-İran koalisiyasına qoşulması üçün təzyiqlər əks nəticə yarada biləcəyindən Vaşinqton məsələyə daha həssas nüanslardan yanaşmağa üstünlük verir. Azərbaycan üçün belə nüans sözsüz ki, real şəraitdə Dağlıq Qarabağ münaqişəsidir. Əgər anti-İran koalisiyasına qoşularsa, perspektivdə bunun Qarabağ konfliktinin həllində ABŞ-ın Azərbaycana yardımının güclənməsi ilə müşayiət olunacağını indi Vaşinqton gizlətmir.
XS
SM
MD
LG